İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaradan ciddi siqnal: Dövlət Baxçalı İran və Livan ssenarisini açıqladı

Türkiyədə hakim koalisiyanın əsas tərəfdaşlarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Yaxın Şərqdəki proseslərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Baxçalı İranın mümkün zəifləməsinin və ya dağılmasının yalnız Tehranın daxili problemi kimi qalmayacağını bildirib.

Onun sözlərinə görə, belə bir ssenari regionda yeni və geniş miqyaslı qeyri-sabitlik dalğasına səbəb ola bilər:

“İranda baş verə biləcək nəzarətsiz zəifləmə və ya dağılma yalnız Tehranın daxili problemi kimi qalmayacaq; bu, dalğa-dalğa ətraf ölkələrə yayılan yeni bir qeyri-sabitlik zolağının yaranmasına səbəb ola bilər”.

MHP lideri vurğulayıb ki, Türkiyənin qarşısında duran vəziyyət sadə sərhəd böhranı deyil və bu proseslər Ankaranın milli təhlükəsizliyinə birbaşa təsir edir.

“Türkiyənin qarşısında duran problem uzaqdan izlənilən sadə bir sərhəd böhranı deyil. Türkiyənin üzləşdiyi vəziyyət birbaşa milli təhlükəsizlik, sərhəd təhlükəsizliyi və regional sabitlik məsələsidir”, – deyə Dövlət Baxçalı bildirib.

Baxçalı çıxışında Livan məsələsinə də xüsusi diqqət ayırıb. O qeyd edib ki, Livan ərazisi getdikcə daha çox hədəfə çevrilir və bu vəziyyət təkcə həmin ölkə üçün deyil, bütün Şərqi Aralıq dənizi üçün ciddi geosiyasi qırılma deməkdir.

“Livan ərazisi getdikcə daha çox hədəf halına gəlməkdədir. Bu vəziyyət təkcə Livan üçün deyil, bütün Şərqi Aralıq dənizi üçün ciddi bir geosiyasi qırılma deməkdir”, – deyə MHP sədri vurğulayıb.

Onun sözlərinə görə, Livan məsələsi artıq yalnız mövcud münaqişələrin dar çərçivəsində müzakirə edilə bilməz və ölkənin dövlət potensialını gücləndirəcək daha geniş və cəsarətli variantların açıq şəkildə müzakirəsi vacibdir.

Baxçalı xəbərdarlıq edib ki, Livanın çöküşü region üçün domino effekti yarada bilər:

“Dənizdən qonşumuz olan Livan çökərsə, yalnız bir ölkə çökmüş olmaz; Şərqi Aralıq dənizində yeni bir qeyri-sabitlik qurşağı doğar. Beyrut düşərsə, yalnız bir şəhər yara almış olmaz; regionun geosiyasi balansı sarsılar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR