İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsini qətl edən Əhməd Əhmədovun məhkəmə prosesi - Fotolar, VİDEO

Bu gün ölkənin ən səs-küylü cinayətlərindən birinin, bütün ailəsini balta ilə qətlə yetirməkdə günahlandırılan Əhməd Əhmədovun məhkəmə prosesi başlayıb.

Musavat.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin baxış iclası keçirilir.

Qeyd edək ki, ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib. Məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən Əhməd Əhmədova qanuni nümayəndə təyin edilib.

Xatırladaq ki, bu ilin fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR