İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qətər İran üçün plan hazırlayır

ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım almaq üçün istifadə etməsini nəzərdə tutan bir mexanizm üzərində birgə işləyirlər.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər. İran Mərkəzi Bankının tələbi ilə Dohanın bu vəsaitlərin ərzaq, dərman və digər humanitar yardımların ödənilməsinə icazə verəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, İranın təxminən 100 milyard dollarlıq vəsaiti, əsasən sanksiyalar səbəbindən Hindistan, İraq, Qətər və Çin hesablarında qalan neft gəlirləri dünya miqyasında dondurulub.

Qəzet yazır ki, Vaşinqton bu mexanizmin İranın xərclərini idarə etməsinə imkan verəcəyinə ümid edir.

The Wall Street Journal qeyd edir ki, Tehran hələlik ABŞ və Qətər tərəfindən hazırlanan planı təsdiqləməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR