İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ seçkilərində kritik an: Baydeni Harris əvəzləyə bilər - Trampın şansları artır...

Namizədin dəyişdirilməsi demokratları parçalayıb mövqelərini daha da zəiflədə bilər, onların iki həftə vaxtı var - təhlil

ABŞ-da seçkinin gedişində hazırkı prezident Co Baydenin namizədliyini geri çəkə biləcəyi haqda iddialar səslənir. Bunun onun səhhəti ilə bağlı olduğunu deyənlər də var, demokratların respublikaçıların namizədi Donald Trampı uduzdurmaq planı kimi qiymətləndirənlər də.

Məsələ ondadır ki, hazırda Tramp daha şanslı hesab olunur. Son məlumatlarda bildirilir ki, Co Baydenin seçki yarışından geri çəkiləcəyi təqdirdə onu ABŞ-ın vitse-prezidenti Kamala Harris əvəzləyəcək. Düzdür, o da siyasi baxımdan zəif fiqur kimi tanınır, amma afroamerikalı seçicilər və qadınlar arasında populyarlığı ilə seçkilərdə səs alması mümkün qiymətləndirilir. Bəzi müşahidəçilərə görə, seçkinin gedişində Bayden yenidən seçilmək niyyətindən vaz keçərsə və Harris onu əvəzləyərsə, bu zaman Trampın şansları arta bilər.

Obama Baydenin yenidən seçilmək perspektivlərinə şübhə edir - 03.07.2024,  Sputnik Azərbaycan

ABŞ-ın keçmiş prezidenti Barak Obama Co Baydenə seçkilərdə qalib gəlməyin çox çətin olacağı barədə dəfələrlə xəbərdarlıq edib. Bu barədə “Vaşinqton Post” yazıb. “Obama yaxınları ilə söhbətində bildirib ki, Prezident Baydenin yenidən seçilmək üçün onsuz da çətin olan yolu onun gərgin debat performansından sonra daha da çətinləşib. Keçmiş prezident debatdan sonra Baydenlə telefonla danışıb, ona dəstək təklif edib”, - məlumatda qeyd olunub. Ukraynalı siyasi ekspert Vitali Kulik hesab edir ki, Bayden faktiki olaraq heç nə edə bilmədi: “O, Amerikanın təlatümlü bir dövründə prezident postunun məhz ona həvalə edilməsinin vacibliyini göstərmək üçün özünü əldən düşmüş qoca kimi yox, diribaş lider kimi aparmalıydı. Ancaq bunun əvəzinə o, özünün nə dərəcədə aciz vəziyyətdə olduğunu göstərdi. Digər yandan, Tramp öz ampluasında idi və həmişəki kimi yalan danışır, qışqırır, sözləri kontekstdən çıxarır, qeyri-ardıcıllıq nümayiş etdirirdi. Amma buna baxmayaraq, o, qıvraq görünürdü. Tramp da həmçinin tərəddüd edən seçiciləri inandıra bilmədi, çünki onlar Trampın timsalında mötədil və strateji təfəkkürə malik birisini görə bilmədilər”.

Jo Bayden saylovoldi poygasidan chiqsa, uning o'rnini Kamala Harris  egallashi mumkin — Reuters – Gazeta.uz

Onun qənaətinə görə, əgər Demokratlar Partiyası namizəd dəyişikliyinə gedərsə, seçicilərin bəyəndiyi və qəbul etdiyi adama üstünlük verməli olacaqlar: “Bu isə o deməkdir ki, indiki prosesdə iştirak edənlərin bir hissəsi prosesdən aralanacaqlar. Kaliforniya qubernatoru Nyusomu heç də bütün demokratlar bəyənmirlər, həmçinin heç də qaradərili Mişel Obama hamının xoşuna gəlmir. Onların namizədlikləri ətrafında yekdil fikrə gəlinməyib. Demokratlar Partiyasını öz ətrafında birləşdirə bilən Barak Obamadan fərqli olaraq Mişel Obama özünü böyük siyasətdə göstərə bilmədi və öz ətrafında güclü siyasi mərkəzlər qurmadı. Ona görə də namizədin dəyişdirilməsi məsələsi demokratları parçalayıb mövqelərini daha da zəiflədə bilər. Prezidentliyə namizədin dəyişdirilməsi məsələsini həll etmək üçün Demokratlar Partiyasının iki həftə vaxtı var, lakin demokratların bunu etmək üçün kifayət qədər iradəsi yoxdur və yəqin ki, onlar Baydeni sona qədər sürükləyəcəklər”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin proqnozuna əsasən, fövqəladə nəsə baş verməsə, noyabrda Tramp qələbə qazanacaq: “Avropada sağ, sağ-mərkəz seçkiləri, dünya miqyasında "sol-liberal" (əsl liberalizmdən çox uzaq olan dəstə) nüfuz və təsirini itirir, itirəcək. Bu isə dünyada yeni qaydalar, yeni baxış, yeni diskurs yaranır - Azərbaycan olaraq bu diskursda yoxuq, amma olmalıyıq, olacağıq da, bunu indidən anlamalı, yolumuzu-izimizi indidən doğru seçməyi bacarmalıyıq. Yeni dünya düzəninə hazırlaşmaq lazımdır, maraqlı dövr gəlir".

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimova görə, Bayden ABŞ-ı NATO-nun müdafiə və təhlükəsizlik sahəsində çempion kimi saxlamağın tərəfdarıdır. Onun fikrincə, Co ABŞ-ın maraqlarına uyğun olaraq, NATO-ya kollektiv müdafiə təminatı kimi baxır, Alyansı Çin və Rusiyadan gələn təhdidlərə qarşı cavab tədbiri həyata keçirəcək çəkindirmə aktı kimi qiymətləndirir: “Tramp isə bundan əvvəl NATO-nu tənqid edib və ABŞ-ın Alyansdan çıxması ilə hədələyib. Tramp müdafiə xərclərinin NATO-nun saxlanılması üçün deyil, daha çox ABŞ-ın maraqlarını qorumaq və kosmik rəqabəti həll etmək üçün artırılmasının tərəfdarıdır. Bayden də, Tramp da ABŞ milli təhlükəsizlik və müdafiə strategiyasını Çin, Rusiya ilə böyük güc rəqabətinə yönəltsələr də, onların metodları fərqlidir”.

Seçkilərdə kim qələbə çalacaq? -

Təhlilçi hesab edir ki, Baydenlə Trampın beynəlxalq münasibətlərdə ABŞ-ın yeri barədəki fərqli fikirlərinə baxmayaraq, ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin dəyişəcəyi ehtimalları azdır: “Fərq o məsələdə üzə çıxa bilər ki, Tramp indiki administrasiyadan fərqli olaraq Ermənistana dəstək çıxan xəttə girməz. Ancaq Trampın yeni ideyalarla ABŞ-ın Cənubi Qafqazda Azərbaycan-Ermənistan sülh gündəliyinə təsir imkanları qazandırması cəhdləri görünə bilər. Azərbaycanla əlaqələrə isə ABŞ-dakı prezident dəyişikliyi ciddi təsir göstərən deyil. Uzağı, Tramp Bayden administrasiyasından fərqli olaraq, Azərbaycana qarşı təzyiq kampaniyasını azaltmağa çalışa bilər. Bundan savayı, Vaşinqton-Bakı əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qədər qaldırılması üçün böyük səylər mümkün Tramp administrasiyasında müşahidə oluna bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR