İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Kanada ticarət danışıqlarını pozdu, günahı Ottavanın üzərinə atdı

ABŞ-Kanada ticarət sazişi üzrə danışıqlar son anda ABŞ Ticarət naziri Hovard Lutnik tərəfindən dayandırılıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Lutnik təklif olunan sazişin Ottava üçün daha sərfəli olacağını deyərək, dəyişikliklər tələb edib. Kanada tərəfi bu tələbləri qəbul etməyib, lakin Lutnik sonrakı açıqlamalarında məhz Ottavanın gözlənilməz tələblər irəli sürdüyünü iddia edib.

Kanada hökuməti ölkələr arasında ikitərəfli danışıqların uğursuzluğundan sonra ABŞ-ın ticarət tarifləri tətbiq etmək qərarına rəsmi cavab verəcək.

Dünən Tramp ABŞ-ın Kanada avtomobillərinə, avtomobil komponentlərinə və poladına tarifləri 2027-ci il yanvarın 1-dən etibarən 50 faizə qaldıracağını açıqladı. Bundan sonra Baş nazir Mark Karni 8 sentyabrdan etibarən cavab tariflərinin tətbiq olunacağını elan etdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR