Onlayn ictimai-siyasi qəzet
Ötən gecə ABŞ və İran arasında yeni hərbi böhran yaşanıb. Musavat.com xəbər verir ki, ABŞ qüvvələri İranın Goruk və Qeşm adalarındakı radar obyektlərinə zərbələr endirib.
Məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb: "ABŞ qüvvələri İranın Goruk və Qeşm adalarındakı sahil radar obyektlərinə zərbələr endirib".
Komandanlıq həmçinin Hörmüz boğazına doğru buraxılan dörd İran pilotsuz təyyarəsini vurduğunu təsdiqləyib.
SEPAH isə bəyan edib ki, İran silahlı qüvvələri isə Sirik və Qeşm adalarına edilən hücuma cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirib.
CENTCOM-un yaydığı məlumata görə, ABŞ ordusu İranın Küveyt və Bəhreynə doğru atdığı bir neçə ballistik raketi ələ keçirib: "CENTCOM Hörmüz boğazına doğru atılan dörd İran dronunu vurduqdan bir neçə saat sonra İran Küveyt və Bəhreynə doğru yeddi ballistik raket atıb. İlkin qiymətləndirmələrə görə, İran tərəfindən atılan raketlərdən altısı ələ keçirilib, yeddinci raket isə hədəfinə çatmayıb".
Komandanlıq qeyd edib ki, ABŞ personalı arasında itki barədə məlumat yoxdur və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının qərargahına heç bir ziyan dəyməyib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ