İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da F-16 qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Miçiqan ştatında təlim missiyası zamanı qəzaya uğrayıb.

Musavat.com Associated Press agentliyinə istinadən xəbər verir ki, pilot təyyarə qəzaya uğrayaraq kənd ərazisində partlamazdan əvvəl katapult edib. Hərbi Hava Qüvvələrinin sözçüsü pilotun xəstəxanaya aparıldığını və huşunu itirdiyini bildirib.

İlkin məlumatlara görə, qəzaya quşla toqquşma səbəb olub. Hərbi və yerli hakimiyyət orqanları araşdırma aparır.
Təyyarə Detroytdan təxminən 305 kilometr şimalda yerləşən Alpina Hava Milli Qvardiyası bazasında təlimlərdə iştirak edirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR