Onlayn ictimai-siyasi qəzet
ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Maria Luiza Ribeiro Viottinin vizasını ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Dövlət Departamentinin sözçüsünə istinadən yayıb.
Agentliyin məlumatına görə, ABŞ hakimiyyəti bu qərarı Braziliyanın "Tramp administrasiyasının Braziliyaya səfir təyin etməsinə rəsmi olaraq razılıq verməməsi və bir neçə amerikalı diplomata viza verməməsi" səbəbindən verib.
Reuters qeyd edir ki, ABŞ Dövlət Departamenti ölkə ABŞ diplomatik missiyasının yeni rəhbəri ilə razılaşma əldə edərsə, Braziliya səfirinin vizasını bərpa etməyə hazırdır.
1 iyunda Tramp Florida Nümayəndələr Palatasının spikeri Daniel Perezi ABŞ-ın Braziliyaya səfir vəzifəsinə namizəd göstərib. Senatın Xarici Əlaqələr Komitəsi onun namizədliyini Nümayəndələr Palatasının tam tərkibinə təsdiqləməyi tövsiyə etsə də, Reuters agentliyi Braziliya hakimiyyəti rəsmi olaraq razılığa gələnə qədər onun bu vəzifəni icra edə bilməyəcəyini qeyd edir.
Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın administrasiyası ABŞ-ın Braziliyanın Vaşinqtondakı səfiri Maria Lui Ribeiro Viottinin vizasını ləğv etmək qərarını pisləyib: “Bugünkü qərar ABŞ-ın Braziliyaya qarşı daha bir düşmənçilik tədbiridir. Bu, açıq-aydın qarşılıqlı hörmətə əsaslanan ikitərəfli tərəfdaşlıqla uyğun olmayan ideoloji motivlərdən irəli gəlir".
Prezident administrasiyası həmçinin Vaşinqtonun diplomatik missiya rəhbərinin vizasını ləğv etmək üçün əsaslandırmasını yalan adlandırıb. Braziliya hakimiyyəti Ağ Evi ölkədəki daxili siyasi vəziyyətə təsir göstərmək niyyətində ittiham edib. Sənəddə qeyd olunur ki, "ABŞ-ın Braziliyada keçiriləcək qarşıdan gələn prezident seçkilərinə müdaxilə etmək marağı tamamilə aşkar görünür".
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ