İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı müsbət qiymətləndirir

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son razılaşmaları mühüm irəliləyiş hesab edir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

Dövlət Departamentinin nümayəndəsi Bakı ilə İrəvan arasında sülh prosesində müsbət addımlar arasında Ermənistanın Azərbaycanın COP29-da sədrliyinə dəstəyini, sərhədlərin delimitasiyası üzrə razılaşmaları, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını qeyd edib:

“Hesab edirəm ki, sərhədlərin delimitasiyası ilə bağlı son razılaşmalar irəliyə doğru çox mühüm addım idi. Ermənistan sülhün bərqərar olması üçün cəsarətli addımlar atmağa hazırdır. Azərbaycanın da qarşılıqlı addım atdığını görürük və bu, diqqət mərkəzində saxlanılmalı məsələdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR