Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

29.05.2024 18:26
328