Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın elektron qolbaq taxmaq öhdəliyini ləğv edib.
Qərar müdafiə tərəfinin müvafiq vəsatətinin təmin edilməsi ilə bağlıdır.
Musavat.com xəbər verir ki, bu barədə Andrey Yermakın müdafiə qrupu məlumat yayıb.
Məlumata görə, istintaq tədbiri qüvvədə olduğu müddətdə Yermak detektivlərin, prokurorların və məhkəmənin bütün çağırışlarına vaxtında gedib, prosessual tədbirlərdə iştirak edib və üzərinə qoyulan öhdəlikləri pozmayıb.
Bununla belə, məhkəmənin əvvəl müəyyən etdiyi digər məhdudiyyətlər qüvvədə qalır.
Musavat.com