Bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında görünən Ayşad və Hüseyn cütlüyü maddi durumlarının çətin olduğunu bildirərək ailələrinə dəstək olunmasını istəyib.
Musavat.com xəbər verir ki, bu dəfə Xoşqədəm Hidayətqızı Ayşad və Hüseyn cütlüyünü böyük sürprizlə sevindirib.
Aparıcı onları xəbərsiz şəkildə yeni evə apararaq mənzilin artıq onlara hədiyyə edildiyini açıqlayıb.
Aparıcı bildirib ki, evi Azərbaycanda fəaliyyət göstərən iş adamlarından biri cütlüyə hədiyyə edib.
Kadrlarda cütlüyün göz yaşlarını saxlaya bilmədiyi duyğusal anlar yer alıb.
Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" proqramının yayımı dayandırılıb.