Məşhur türkiyəli müğənni Orhan Gəncəbay ötən həftələrdə yaşadığı sağlamlıq problemləri ilə pərəstişkarlarını narahat edib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilən sənətçinin son görüntüləri ortaya çıxıb.
81 yaşlı Gəncəbayın koronavirus şübhəsi ilə ehtiyat tədbiri olaraq bir müddət xəstəxanada nəzarət altında saxlanıldığı öyrənilib.
Ustad sənətkarın səhhəti ilə bağlı şad xəbəri isə həyat yoldaşı Sevim Emre verib:
"Müayinələr bitdi. Orhan Baba qala kimidir, maşallah", - sözləri ilə sənətçinin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Sənətçinin son halını həyat yoldaşı Sevim Emre sosial media hesabında paylaşıb.
Paylaşılan fotolarda Gəncəbayın gümrah və şən olduğu görünür.

Musavat.com