Xalq artistinin iş yeri bəlli oldu

Xalq artisti, opera ifaçısı Elçin Əzizov Rusiyanın Böyük Teatrında fəaliyyətini yeni mövsümdə də davam etdirəcək.

Sənətçi sosial media hesabında teatrda 19-cu mövsümünün başladığını açıqlayıb.

Elçin Əzizov yeni mövsümün açılışını Pyotr Çaykovskinin "İolanta" operasındakı çıxışı ilə etdiyini bildirib. Opera ifaçısı bu əsərlə yenidən səhnəyə çıxmasından məmnun olduğunu vurğulayıb.

"Böyük Teatrda 19-cu mövsümüm açıldı. Çox şadam ki, onu sevimli "İolanta"mla, Çaykovskinin əsəri ilə yenidən açdım", - deyə Elçin Əzizov paylaşımında qeyd edib.

09.09.2026 17:15
1464