Xalq artisti: "İstəmirəm tamaşaçı məni bu vəziyyətdə görsün"

Xalq artisti Ceyran Haşımova səhhəti ilə bağlı danışıb.

"Günə uğurla" verilişinə telefonla qoşulan sənətkar təzyiqdən əziyyət çəkdiyini dilə gətirib:

"Təzyiq problemim var. Kanallar çağırır, amma gedə bilmirəm. İstəmirəm məni bu vəziyyətdə tamaşaçı görsün. Həkimlər bir söz demir. Hansı yaşlı insanı danışdırırsan, deyirlər, havadandır. Həkimlər də deyir havadan olur"./Milli.az/

24.02.2026 12:37
687