Vardanyanın erməni dilində xain müraciəti

Həbsdəki separatçının Rusiyaya “ayı xidməti”, düşmənçilik toxumu, bir də unudulmaq qorxusu-Azərbaycana gəldikdə isə bu müraciətin yeri yenə zibil qutusudur...

Bakıda saxlanılan erməni milyarder və separatçı rejim təmsilçisi Ruben Vardanyanın yeni müraciəti yayılıb.

Musavat.com yekramos.org saytına istinadən xəbər verir ki, erməni dilindəki müraciətində Vardanyan əsasən bir təhlükəli fikri önə çəkir: “müharibə bitməyib”.

Picture background

Onun iddiasına görə, bu müharibə artıq klassik hərbi toqquşmalar şəklində deyil, daha mürəkkəb və görünməyən formalarla davam edir. Vardanyan Ermənistanın böyük güclər-Rusiya və Avropa İttifaqı arasında gedən proseslərə işarə edən Vardanyan “müdrikcə” bildirir ki, bu dartışmanın nəticəsində ölkə “üçüncü bir qüvvənin təsiri altına düşə bilər”. Onun fikrincə, bu “üçüncü qüvvə” Ermənistanı iqtisadi və siyasi baxımdan tam asılı vəziyyətə salmağa çalışır.

Yekunda həbsdəki separatçının əsas mesajı belədir: Ermənistanın qarşısında duran təhlükələr realdır və bu təhlükələrin qarşısını almaq üçün cəmiyyət passiv mövqedən imtina etməlidir. Əks halda, ölkəni daha ağır və dönüşü olmayan nəticələr gözləyə bilər.

Vardanyanın bu müraciəti onun Ermənistandakı kritik seçkilərlə bağlı “xalqı oyatmaq” istəyi kimi təqdim olunsa da, əslində çağırışlarda təhlükəli niyyətlər aşkar görünməkdədir.

Onun xüsusi vurğuladığı “müharibə bitməyib” tezisi hazırda Paşinyana qarşı müxalifət olan revanşist Rusiyapərəst qüvvələrin əsas şüarıdır, Vardanyan da onlara dəstəyi bu tezislə göstərir. O, bu tezislə Ermıənistan seçicisində qorxu və gərginlik yaratmağa çalışır.Vardanyan hərbi qarşıdurmanın artıq başqa formalar aldığını iddia edərək cəmiyyətdə davamlı təhlükə hissini canlı saxlamağa çalışır. Bu isə Vardanyanın yaxşı bacardığı siyasi manipulyasiyanın klassik alətlərindən biridir.

Picture background

Daha diqqətçəkən məqam isə onun Ermənistanın guya “üçüncü qüvvənin” nəzarətinə keçəcəyi ilə bağlı səsləndirdiyi fikirlərdir. Onun Bakı və Ankaranı nəzərdə tutduğu şünhə doğurmur. Vardanyan bu cür qeyri-müəyyən və konkret əsaslandırmadan uzaq iddialar ictimai rəyi yönləndirmək və xarici düşmən obrazı yaratmaq istəyir, öz qısasçı ideoloji xəttini isə legitimləşdirməyə çalışır.

Onun Türkiyə və Azərbaycanın Ermənistan üzərində guya “nəzarət etmək” barədə dediyi əlbəttə ki, cəfəngiyyatdır. Məqsəd isə son aylar İrəvan-Bakı, Ankara-İrəvan xəttində nəzərəçarpan əməkdaşlıq mesajlarının artmasıdır ki, bu da Vardanyanın təmsil etdiyi qüvvələrə sərf etmir, ona görə qarşıdurma mühitini qızışdırmaq istəyir. Xüsusilə Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş ittihamlar göstərir ki, Vardanyanın mesajı təkcə xarici təhlükələrə deyil, daxili siyasi mübarizəyə də hesablanıb. Bu isə onun çıxışının sırf “milli maraqlar” deyil, konkret siyasi məqsədlər daşıdığını deməyə əsas verir. Vardanyanın Qarabağa gəlməkdə məqsədi də Ermənistanda hakimiyyəti ələ keçirmək idi. İndi də bu niyyətin tez-tez bəlli edir.

Vardanyanın son müraciəti erməni xalqının mənafelərinə ziddir, Rusiyaya “ayı xidməti” və bir də unudulmamaq üçün çağırışdır. Azərbaycana gəldikdə isə Vardanyanın bu müraciətin də yeri zibil qutusudur...

Musavat.com

31.05.2026 18:09
9299