Aktyor Ozan Akbaba filminin premyerasında mahnı oxuyub.
Musavat.com xəbər verir ki, ötən gün baş tutan “Bak postacı geliyor” filminin premyerasında aktyor Ozan Akbaba tədbir iştirakçılarına xüsusi anlar yaşadıb.
O, filmdə ifa etdiyi türkünü səhnədə canlı şəkildə səsləndirərək tamaşaçıları həm təəccübləndirib, həm də duyğulandırıb.
Musiqili çıxış zalda böyük maraqla qarşılanıb və premyeranın ən yaddaqalan məqamlarından biri olub. Ozan Akbabanın ifasından çəkilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb, istifadəçilər tərəfindən çoxsaylı müsbət rəylər alıb.
Qeyd edək ki, “Bak postacı geliyor” filminin premyerasına aktyor Elşən Orucov ilə Zamiq Hüseynov da qatılıb.
Ozan hazırda “Uzak şehir” serialında “Cihan”a həyat verir.
Könül
Musavat.com