THE Dünya Universitetləri Reytinqi 2027-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkənin və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olmaqla yanaşı, reytinqdə dünyanın bir sıra aparıcı universitetlərini də geridə qoyub.
Bu barədə Musavat.com-a UNEC-dən məlumat verilib.
Bildirilib ki, reytinq cədvəlinə əsasən, dünyada 701–800-cü qrupda qərarlaşan UNEC bu uğurlu nəticə ilə 801–1000-ci yerləri bölüşən Qlazqo Kaledoniya Universiteti, Hacəttəpə Universiteti, Patras Universiteti, Varşava Universiteti, Vestminster Universiteti, Yıldız Texniki Universiteti, Sevilya Universiteti və Texas Universiteti (Arlinqton) kimi tanınmış beynəlxalq ali təhsil müəssisələrini üstələyib.