Ukraynanın baş naziri Radaya ÇAĞIRILDI - İstefalar GÖZLƏNİLİR

Ukrayna Ali Radası baş nazir Yuliya Svırıdenkonu hesabata çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə deputatlar Aleksiy Qonçarenko və Yaroslav Jeleznyak bildiriblər.

Görüş saat 13:00-a (Bakı vaxtı ilə 15:00) təyin edilib.

Bundan əlavə, deputatlar ədliyyə naziri Herman Qaluşenkonu və energetika naziri Svetlana Qrinçuku da çağırmaq qərarına gəliblər. Onların vəzifədən azad olunması barədə qərar isə hələ təsdiqlənməyib.

Musavat.com

19.11.2025 15:02
874