Ukraynadakı müharibədə daha iki azərbaycanlıdan qara xəbər

Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu Ukraynada gedən müharibədə itkin düşüb.

Musavat.com-un məlumatına görə, bu barədə hərbi ekspert Tofiq Şahmuradov bildirib.

Məlumata görə, Y.Axundov həbsxanadan azad edilərək Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynadakı döyüşlərə qatılıb.

Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

WhatsApp Image 2025-12-21 at 00.09.24.jpeg (121 KB)

Əslən Quba rayonundan olan Vüsal Fuad oğlu Əsgərov isə Rusiya ordusu sıralarında Ukraynaya qarşı aparılan döyüş əməliyyatlarında həyatını itirib.

Musavat.com

21.12.2025 00:08
905