Ukrayna Temrük limanını vurdu: Güclü yanğın başlayıb

Ukraynanın dron hücumu nəticəsində Rusiyanın  Krasnodar diyarındakı Temrük limanında iki neft anbarında güclü yanğın başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb. Yerli förvqəladə hallar orqanlarının məlumatına əsasən yanğın təxminən 2000 kvadrat metr ərazini əhatə edir. Bildirilir ki, Krasnodar diyarı üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla yetmiş nəfər və 18 texnika yanğını söndürmək üçün çalışır.

İlkin məlumata görə, itki yoxdur.

 

Musavat.com

25.12.2025 10:00
890