Son aylar ölkə bazarlarını və marketlərini sözün əsl mənasında Monqolustan əti bürüyüb. “TIR”larla Azərbaycana daşınan, kilosu cəmi 12 manata təklif olunan bu idxal ətlər ucuz olduğundan alıcılar üçün daha cazibədar görünür və nəticədə yerli maldarlıq sektorunda ciddi böhran formalaşıb. Fermerlər satış həyata keçirə bilmədiklərini, çəkdikləri xərcləri belə çıxarmaqda çətinlik yaşadıqlarını deyirlər. Rəsmi statistika da bu vəziyyəti təsdiqləyir: ötən il Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb.
Bəs Monqolustan ətindən kimlər istifadə edir, istifadə edənlər nə dərəcədə razıdırlar?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com