Türkiyədən dünyada rekord - AKINCI 250 kilometrdən hədəfi belə vurdu - VİDEO

Türkiyənin müdafiə sənayesində yeni uzunmənzilli silah sınağı uğurla başa çatıb.

Musavat.com xəbər verir ki, Bayraktar AKINCI TİHA yeni İHA-300 raketi ilə yüzlərlə kilometr uzaqdakı hədəfi məhv edib.

Baykar tərəfindən hazırlanan Bayraktar AKINCI, ROKETSAN istehsalı olan İHA-300 səsdən sürətli ballistik raketlə 250 kilometrdən artıq məsafədə yerləşən dəniz hədəfini dəqiq vurub.

AKINCI sınaq üçün Tekirdağdakı Çorlu Uçuş Təlim və Test Mərkəzindən havaya qalxıb və Qara dəniz üzərindən Sinop sahillərindəki sınaq zonasına yollanıb. Buradan buraxılan İHA-300 dəniz üzərindəki hədəfə tam dəqiqliklə tuş gəlib. Sınaqdan sonra AKINCI Çorluya geri qayıdıb.

İHA-300 AKINCI-nın daha əvvəl istifadə etdiyi İHA-122 və İHA-230 raketlərindən daha uzun mənzilli sistemdir. Açıq mənbələrdə İHA-300-ün təxminən 900 kiloqram ağırlığında olduğu, 150 kiloqramdan artıq döyüş başlığı daşıya bildiyi və buraxılış hündürlüyündən asılı olaraq mənzilinin 500 kilometrdən artıq ola biləcəyi bildirilir.

Yeni inteqrasiya AKINCI-nın uzaq məsafədə yerləşən hədəflərə zərbə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Platformaya bundan əvvəl İHA-122, İHA-230, ÇAKIR, MAM ailəsi və digər Türkiyə istehsalı sursatlar da inteqrasiya edilib.

Musavat.com

12.09.2026 00:32
908