Türkiyə və İspaniya qarşılıqlı ticarəti 25 milyarda çatdıracaq  

 

İspaniya və Türkiyə hökumətləri ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsini 25 milyard avroya çatdırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu planı İspaniyanın baş naziri Pedro Sançes Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonrakı mətbuat konfransında açıqlayıb.

Baş nazirin sözlərinə görə, bu hədəfə nail olunması üçün yetərincə potensial var:

“2021-ci ildə keçirilən yüksək səviyyəli görüşdə biz ticarət dövriyyəsinin ildə 20 milyard avroya çatmasını qarşıya məqsəd qoymuşuq ki, bu rəqəmi qarşıdakı aylarda üstələyə bilərik. Potensial hələ də böyükdür və biz bu rəqəmin 25 milyard avroya yüksəlməsinə nail olmaq öhdəliyi götürmüşük”.

Sançes əlavə edib ki, Türkiyədə 700-dən çox ispan şirkəti fəaliyyət göstərir.

 

Musavat.com

13.06.2024 17:51
318