Türkiyə Mərkəzi Bankı ölkədə gözlənən inflyasiyaya dair yeni proqnozlarını açıqlayıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bankın sədri Fatih Karahan ilin ikinci İnflyasiya Hesabatı çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bank 2026-cı il üçün aralıq inflyasiya hədəfini 16 faizdən 24 faizə qaldırıb.
Həmçinin 2027-ci il üçün aralıq hədəf 15 faizə, 2028-ci il üçün isə 9 faizə yüksəldilib.
Yeni proqnozlara görə, Mərkəzi Bank ilin sonu inflyasiyasının 2026-cı il üçün 26 faiz, 2027-ci ilin sonunda isə 15 faiz olacağını gözləyir.
Karahan xüsusilə müharibənin enerji və nəqliyyat xidmətlərinin qiymətlərinə təsirini vurğulayıb:
"Müharibənin, xüsusən də enerji və nəqliyyat xidmətlərinin qiymətlərinə sürətli təsirinin şahidi olduq. İnanırıq ki, inflyasiya təsirləri qısa müddətdə aktiv qalacaq. Dezinflyasiya prosesində effektiv nəticələr əldə etməyin formulu məlumatlara əsaslanan ehtiyatlı yanaşmaya riayət etməkdir. İnflyasiyaya ikinci dərəcəli təsirlərin monitorinqi vacib olacaq. Əsas məqsədimiz qiymət sabitliyinə uyğun olaraq bütün alətlərdən istifadə etməyə davam edəcəyik".
Qeyd edək ki, Bloomberg mart ayında Türkiyə Mərkəzi Bankının lirənin məzənnəsini qorumaq üçün öz ehtiyatlarından 43,4 milyard dollar xərclədiyinə dair məlumat yayıb.
Musavat.com