İran Prezidenti Məsud Pezeşkian ABŞ-yə qarşı sərt açıqlama verərək Vaşinqtonla münasibətlərdə yaranmış dərin etimadsızlıqdan danışıb.
Musavat.com xəbər verir ki, Pezeşkian ABŞ-nin İran rəhbərliyinə, alimlərinə və mülki şəxslərə qarşı hücumlarını xatırladaraq Vaşinqtonun verdiyi vədlərə inanmağın çətin olduğunu bildirib. İran prezidenti son müsahibələrində də ABŞ-nin əvvəlki razılaşmalara əməl etmədiyini və bunun iki ölkə arasında ciddi etimadsızlıq yaratdığını deyib.
“Liderlərimizi və məktəblilərimizi öldürən ABŞ-nin öz vədlərinə əməl edəcəyinə necə inanmaq olar? Onlar bizim alçaldılmış mövqedən danışıqlar aparmağımızı istəyirlər. Biz alçaldılmaqla barışmaqdansa ölməyi üstün tutarıq”, – Pezeşkian bildirib.
Musavat.com