ABŞ-Çin münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Si Cinpinlə birlikdə keçirilən şam yeməyində deyib: "İki ölkənin liderləri olaraq, dövlət rəhbəri Si və mən başa düşürük ki, biz fərqli sistemləri təmsil edirik, lakin xalqlarımız arasındakı əlaqələr qırılmazdır. Və biz heç vaxt daha yaxşı yola getməmişik".
Çinin dövlət rəhbəri isə qeyd edib ki, Pekin və Vaşinqton arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub: "Bu gün Çin-ABŞ münasibətləri yeni tarixi mərhələyə qədəm qoyur. Prezident Tramp Amerikanı yenidən böyük edəcəyinə və Amerika xalqına əhəmiyyətli nailiyyətlər əldə etməyə kömək edəcəyinə söz verib. Çin milli dirçəliş üçün səy göstərir və Çinin modernləşməsi daim yeni perspektivlər açır. Hər iki məqsəd iddialıdır və bir-birini tamamlaya bilər."
Çin rəhbəri bildirib ki, Pekin və Vaşinqton dostluq tarixində yeni bir fəsil yaza bilərlər: "Tarix, çay kimi, heç vaxt yerində dayanmır və Çin və Amerika xalqları arasında dostluğun gələcəyi parlaq görünür. Gəlin Çin-ABŞ dostluğunun gözəl çiçəklənməsini inkişaf etdirmək və birlikdə yeni bir fəsil yazmaq üçün qüvvələrimizi birləşdirək".
Qeyd edək ki, şam yeməyində İlon Mask da daxil olmaqla, hər iki ölkənin nüfuzlu iş adamları da iştirak ediblər.
Musavat.com