ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran arasında danışıqlar bir neçə gündür fasiləsiz davam edir.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında yazıb. Onun sözlərinə görə, İran tərəfinin danışıqların dayandırılması ilə bağlı açıqlamalarına baxmayaraq, tərəflər arasında təmaslar davam edir. Tramp danışıqların pozulması barədə yayılan məlumatları yalan adlandırıb və prosesin necə nəticələnəcəyinin hələ məlum olmadığını bildirib.
ABŞ prezidenti Tehrana yenidən razılaşma çağırışı edib: “Bu və ya digər şəkildə, artıq razılaşmağın vaxtıdır. Siz bununla 47 ildir məşğulsunuz və buna daha çox imkan vermək olmaz!”.
Musavat.com