Tramp yenidən Suriyada amerikalıları öldürənlərə ağır qisas vəd etdi

Vaşinqton Suriyada Suriya-Amerika patruluna hücum edənlərdən qisas alacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Milad qəbulu zamanı deyib: "Sizə deyə bilərəm ki, Suriyada bunu edən insanlar böyük zərər görəcəklər. Onlar bir insanı, bir nəfəri tutdular, amma böyük zərər olacaq”.

Qeyd edək ki, şənbə günü silahlı şəxs Palmirada birgə Suriya-Amerika patruluna atəş açıb. İki ABŞ hərbçisi və bir amerikalı mülki tərcüməçi həlak olub. Onların cəsədləri Amerika helikopterləri ilə sərhəd bölgəsi olan əl-Tanfda (Dəməşqdən 250 km məsafədə) Qərb koalisiyasının hərbi bazasına aparılıb. Suriya Daxili İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, hücum edən şəxs təhlükəsizlik qüvvələrinin üzvü olub, lakin komandanlıq vəzifəsi tutmayıb. O, atışma zamanı zərərsizləşdirilib. Hakimiyyət orqanları onun İŞİD ilə əlaqəsinin olub-olmadığını və ya sadəcə terror ideologiyasına bağlı olub-olmadığını araşdırır.

 

Musavat.com

15.12.2025 00:29
566