Tramp yadplanetlilər haqda: "İnanmıram, amma istisna da etmirəm"

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, o, yadplanetli canlıların mövcudluğuna inanmır, lakin onların mövcudluğunu istisna etmir.

Musavat.com “The Hill” nəşrinə istinadla xəbər verir ki, o, bu barədə “Impolsive” podkastında danışıb.

“Mən buna inanıram? Xeyr, yəqin ki, buna inandığımı deyə bilmərəm. Amma mən ciddi insanlarla tanış olmuşam ki, onlar həqiqətən də ətrafda çox qəribə canlıların uçduğunu söyləyirlər”, - Tramp bildirib.

Onun sözlərinə görə, prezident kimi o, UNO fenomenini öyrənməyə çox vaxt sərf edib və hökumətin yadplanetli canlılar haqqında məlumatları ictimaiyyətdən gizlətdiyinə inanmır.

“Onların çox ağıllı və hörmətli adamları var ki, orada nəsə olduğuna inandıqlarını və bunun məntiqli olduğunu söyləyirlər. Mən heç vaxt yadplanetlilərin varlığına əmin olmamışam. Sadəcə nədənsə bu mənim işim deyil. Ancaq çoxları bunun doğru olduğuna inanır. Çox yaxşı, hörmətli insanlar bunun doğru olduğuna inanır”, - deyə sabiq dövlət başçısı bildirib.

Bundan əvvəl Pentaqonun UNO-ların ovlanması üçün “Gremlin” müşahidə sistemini sınaqdan keçirdiyi bildirilirdi. O, Yerdə və orbitdə anomaliyaları qeyd etməyə imkan verəcək.

Bir vaxtlar Amerika hərbçiləri Yer kürəsinə gələn yadplanetlilər barədə məlumat vermişdilər.

Musavat.com

14.06.2024 11:35
304