Tramp Türkiyəyə səfər edəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyulda Ankara şəhərində keçiriləcək NATO sammitində iştirak edəcək.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.

Qeyd edək ki, NATO zirvəsi 7–8 iyulda Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Bu, NATO-nun 36-cı zirvə toplantısı olacaq.\\apa

03.06.2026 20:52
858