Tramp Putinlə Ukraynanı müzakirə edib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətində Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini vurğuladığını deyib.

Musavat.com xəbər verir ki, o, məlumatı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb:

"Mən onunla danışdım. Mən onun müharibəni dayandırmasını istəyirəm".

Tramp bu söhbətin dəqiq nə vaxt baş verdiyini dəqiqləşdirməyib.

Musavat.com

04.02.2026 08:26
500