“Tramp layihəsi ləğv olunacaq” iddiası – REAKSİYA

“Həm Ermənistanda, həm də onun sərhədlərində vəziyyət əsasən İran ətrafındakı inkişaflardan asılı olacaq”. Musavat.com xəbər verir ki, bunu erməni əsilli rusiyalı politoloq və şərqşünas kimi təqdim edilən Karina Gevorkyan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət Azərbaycanla sülh müqaviləsi və TRIPP layihəsi ilə fərqli stullarda oturmağa çalışır. “Belə görünür ki, TRIPP müqaviləsi ləğv ediləcək. Xüsusən də iranlılar buna icazə verməyəcəklərini açıq bildiriblər. Öncədən niyyətlərini açıqlayan investorlar da geri çəkiliblər”, - Rusiyada yaşayan Gevorkyan iddia edib. Zəngəzur dəhlizinə, TRIPP-ə həqiqətənmi İran əngəl ola bilər? Söhbət hansı “geri çəkilən investorlardan” gedir? Rusiyaya bağlı Gevorkyan kimin arzusunu dilə gətirir?

Dört sene içinde tamamlanacağı söylenen Zengezur Koridoru projesi hakkında  neler biliniyor? - BBC News Türkçe

Siyasi ekspert Ramiyə Məmmədovanın dediyinə görə, investorların layihədən imtinası haqda məlumata rast gəlinmir və erməni şərhçi təhrif edib: "Elə bu ay Birləşmiş Ştatların “AECOM” mühəndislik konsaltinq şirkətinin nümayəndələri Ermənistana gəliblər. Onlar “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üçün ərazidə tədqiqat işlərinə başlayacaqlar. Üstəlik, "AECOM” komandası İrəvana Dövlət Departamentinin qlobal infrastruktur və investisiya tərəfdaşlığı Fondu adından gəlib. Bəs erməni ekspert haradan o qənaətə gəlir ki, investorlar geri çəkilir? Əksinə, hadisələrin inkişafı irəlidədir. Seçkilərdən sonra bu layihənin icrası sürətlənəcək və ABŞ nəzərdə tutulan maliyyəni Ermənistan hökumətinə təqdim edəcək. Sadəcə, seçkilərdən sonrakı dövrü gözləmək lazımdır".

Zengezur Koridoru'nun stratejik mimarisi

Siyasi təhlilçi hesab etmir ki, İranın müdaxiləsi "Tramp yolu" logistikasına əngəl ola bilər: "Çünki Avropanın marağında olan yoldur. Burada Çinin də logistik maraqları nəzərə alınmalıdır. Çin isə İrana dəstək verən dövlətdir. Tehranın Pekinin maraqlarına qarşı gedə bilməz. İran hər vəchlə deyir ki, Cənubi Qafqazın sərhədləri dəyişə bilməz. Qonşu ölkəyə görə bu dəhliz İranın əhəmiyyətini azaldacaq. Gürcüstan da müəyyən mənada narazıdır. Lakin Orta dəhliz böyük güclərin planıdır. İranın müdaxiləsi ona baha başa gələr. Üstəlik, bu yol nəqliyyat kommunikasiyası, yükdaşımaları üçün vacib dəhlizdir. Ən əsası isə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirir. Ermənistanın öhdəliyi var. Odur ki, İran maneə olmaqdansa, bu layihədə iştirak edə bilər. Bundan əlavə, Araz dəhlizindən də faydalanmaq mümkündür".

Emil Salamoğlu
Musavat.com

 

 

25.05.2026 11:55
903