Tramp ilk dəfə Rodrigezlə görüşəcək – Ağ Evdə ehtiyatlanırlar ki...

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının (GA) 81-ci sessiyası çərçivəsində ilk dəfə Venesuela prezidenti Delsi Rodrigez ilə görüşəcək.

Musavat.com Axios-a istinadən xəbər verir ki, Tramp gələn həftə BMT Baş Assambleyasının işi zamanı "Rodrigezlə görüşmək üçün vaxt ayırmaq istəyir". Lakin ABŞ administrasiyasındakı mənbə görüşün keçirilib-keçirilməməsi ilə bağlı hələlik yekun qərarın verilmədiyini vurğulayıb: "Bu, prezidentdən asılıdır".
Axios qeyd edir ki, ABŞ liderinin yaxın çevrəsinin bəzi üzvləri mümkün görüşün Rodrigezin Venesuelda mövqeyini sarsıdacağından ehtiyatlanırlar, çünki o, "Amerika kuklası kimi görünə bilər". Axios-a görə, Tramp bu narahatlıqları bölüşmür.

Musavat.com

 

18.09.2026 07:50
615