Təyyarədə ölüm-qalım anları, sərnişinlər “Ya Əli” qışqırdı – İranda dəhşət - VİDEO

İranda Məşhəd–Kirmanşah reysini yerinə yetirən sərnişin təyyarəsində ciddi təhlükəli anlar yaşanıb.

Musavat.com xəbər verir ki, Boeing-737 Məşhəd hava limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarənin təkərlərindən birində və mühərrikində problem yaranıb.

Yayılan görüntülərdən görünür ki, hadisə zamanı təyyarənin salonunda böyük qarışıqlıq yaranıb. Güclü silkələnmə nəticəsində salondakı əşyalar aşıb və sərnişinlər arasında təşviş başlayıb.

Videoda sərnişinlərin qışqırıq səsləri eşidilir. Təhlükənin ciddi olduğunu anlayan bəzi sərnişinlərin “Ya Əli” deyərək dua etdikləri, salavat gətirdikləri eşidilir.

Pilot fövqəladə vəziyyət elan edərək Məşhəd hava limanına geri qayıtmaq qərarı verib. Təyyarə sonda hava limanına uğurla enib.

Musavat.com

16.09.2026 00:10
1278