Test nəticəsi neqativ çıxdı, "Survivor"a qayıtdı

Məşhur aktyor, “Survivor” iştirakçısı Barış Murat Yağcı narkotiklə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb  və yarışmadan uzaqlaşdırılıb. 

Musavat.com xəbər verir ki, aparılan analizlərin nəticələri mənfi çıxdıqdan sonra o, yenidən “Survivor Türkiyə”yə qayıdaraq komandasına qoşulub.

Yağcı yarışmaya dönüşü zamanı duyğusal anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşlarına sarılan yarışmaçı, “Bir müddət burada ola bilmədim, haqqınızı halal edin. Amma Allahın izni ilə komandama qayıtdım, yaxşı ki, varsınız” sözlərini deyib.

Könül
Musavat.com

23.02.2026 16:24
1577