Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

"Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək", - məlumatda vurğulanıb.

28.08.2026 14:36
913