Tehran və İsfahanın hava müdafiəsi ZƏİFLƏYİB - Peyk görüntüləri YAYILDI

"Airbus" şirkəti Tehran və İsfahanın hava hücumundan müdafiə zonalarına aid bir neçə peyk görüntüsü yayımlayıb.

Musavat.com xəbər verir ki, şəkillərdə hər bir məkanda bir neçə S-300 zenit-raket komplekslərinin mövcudluğu görünür.

 "Azad İran" telegram kanalı isə bildirir ki, İran 12 günlük müharibədə zədələnmiş obyektləri bərpa etməyə çalışır.

SEPAH İsfahan hava bazasında zədələnmiş S-300 sistemini köhnə S-200 qurğusu ilə əvəz edib.

Peyk görüntüsündə qurğunun hələ radar və komanda sistemlərinə bağlı olmadığı görünür. Yəni, bu şəkilə əsasən qurğu hələ işlək deyil.

Musavat.com

21.02.2026 22:36
693