Təcili xəbərdarlıq: iPhone istifadəçilərinə kritik təhlükə – Apple dərhal yeniləmə yaydı

Apple planlaşdırılmamış şəkildə iOS 26.3 versiyasını yayımlayıb.

Musavat.com xəbər verir ki, şirkət bunun adi yeniləmə olmadığını, real kiberhücumlarla əlaqəli təhlükəsizlik boşluqlarını bağlamaq üçün buraxıldığını açıqlayıb.

Yeni versiya ümumilikdə 39 təhlükəsizlik boşluğunu aradan qaldırır. Bu boşluqlardan bəziləri hakerlərə şəxsi məlumatlara giriş, mesaj və şəkillərin oxunması, mikrofon və kameraya nəzarət, hətta telefonun qismən idarəsi imkanı yarada bilərdi.

Apple bildirib ki, bəzi boşluqlar artıq real casus proqram hücumlarında istifadə olunub və buna görə yeniləmə kritik səviyyəli təhlükəsizlik yeniləməsi hesab edilir.

iPhone-u necə yeniləmək olar?

Avtoyükləmə aktiv deyilsə:

Ayarlar → Ümumi → Proqram təminatı yeniləməsi → iOS 26.3 yüklə və quraşdır

Telefonu yeniləməyən istifadəçilərin cihazı izlənilə və məlumatları oğurlana bilər. Mütəxəssislər dərhal yeniləməyi tövsiyə edir.

 

Musavat.com

19.02.2026 01:18
1568