TƏCİLİ! Keçmiş qərargah rəisi saxlanıldı - FOTO

Suriya Daxili İşlər Nazirliyi Bəşər Əsədin rəhbərlik etdiyi əvvəlki hökumət dönəmində ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi vəzifəsini tutmuş Cais Hamud əl-Musanın saxlanılması barədə məlumat yayıb.

Musavat.com nocomment.az-a istinadən xəbər verir ki, nazirliyin rəsmi açıqlamasına əsasən, əməliyyat Terrorla Mübarizə İdarəsinin qüvvələri tərəfindən həyata keçirilib.

Saxlanılan şəxsin fəaliyyəti ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

12.05.2026 18:04
1530