TƏCİLİ: Kahramanmaraşda GÜCLÜ ZƏLZƏLƏ OLDU - Dağıntı və tələfat...

Türkiyənin Kahramanmaraş vilayətindən 4,4 bal gücündə zəlzələ olub.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, yerin təxminən 12 kilometr dərinliyində baş verən yeraltı təkanlar yerli vaxtla saat 13:12-də qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer zəlzələ ilə bağlı açıqlama verib:

"Pazarçık qəsəbəsində 4.4 bal gücündə zəlzələ baş verib. AFAD və bütün müvafiq qurumlar sahə araşdırmalarını davam etdirir. Hazırda heç bir mənfi hal yoxdur".

Musavat.com

03.06.2026 15:06
2083