TDT baş katibi Azərbaycanı belə təbrik etdi

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Baş katib özünün “X” hesabında qeyd edib:

“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”.

08.11.2025 11:37
539