"Taşacak bu deniz"in ulduzu nişanlısına xəyanət edib?

Türkiyənin məşhur "Taşacak bu deniz" serialının baş rol ifaçıları Ali Öner və Zeynep Atılganın mövsüm finalı tədbirində çəkilən səmimi görüntüləri maqazin gündəmini qarışdırıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolar cütlük haqqında daha əvvəl səsləndirilən yaxınlıq iddialarını yenidən gündəmə gətirib.

Hadisədən sonra Ali Önerin keçmiş nişanlısı Livanur Aydın sosial media hesabında açıqlama yayıb. O, ayrılıqlarının üzərindən aylar keçməsinə baxmayaraq, hələ də özü və ailəsinin bu mövzu ilə bağlı suallarla qarşılaşdığını bildirib.

Livanur Aydın adının xəbərlərdə və paylaşımlarda davamlı olaraq bu məsələ ilə əlaqələndirilməsindən narahat olduğunu qeyd edib: 

"Təxminən aylar əvvəl uzun sürən münasibətimizin və nişanlılıq dövrümüzün sona çatmasından sonra bu mövzu ilə bağlı heç bir açıqlama verməməyi seçmişdim. Lakin aradan bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də bununla bağlı çoxlu mesajlar alıram. Mənə, ailəmə və yaxın ətrafıma davamlı olaraq suallar ünvanlanır. Xəbərlərdə, paylaşımlarda və şərhlərdə adımın hələ də bu məsələ ilə birlikdə hallandırılması məni narahat edir. Buna görə də qısa bir açıqlama vermək istədim. Sizin indi danışdığınız məsələlər mənim əvvəllər də gerçəyim olub".

Könül
Musavat.com 

66f6cc68-fce7-4b4d-af18-fb60d68b2a9e.png (51 KB)

03.06.2026 15:05
417