Tanınmış şoumen ikinci dəfə infarkt keçirdi

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil infarkt keçirib.

O, evində olarkən qəfildən halı pisləşib.

69 yaşlı şoumen xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Onun ürək damarlarına stent qoyulub.

Mehmet Ali Erbil müalicənin ardından evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, M.A.Erbil 2018-ci ildə də infarkt keçirmişdi.\\olke.az

10.09.2026 14:47
1141