Tacikistanda hicab qadağan edildi

Tacikistan Prezidenti Emoməli Rəhmon hicab taxmağı qadağan edən qanunu imzalayıb.

O, Tacikistan parlamenti tərəfindən qəbul edilən və "yadelli geyimlərin" istifadəsini tənzimləyən "Şənlik və mərasimlərin tənzimlənməsi haqqında" qanunu təsdiqləyib.

Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.

Yeni qanun "yadelli geyimlər" qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutur.

Qeyd olunur ki, qanun ictimai yerlərdə qadınların hicab əvəzinə üzün örtülməməsi şərti ilə baş yaylığı bağlamasına icazə verir.//Oxu.az

20.06.2024 02:12
35