Şuşa Bəyannaməsi: F-16, köhnə “07”...

İlk yayın vaxtı 21:40

Dünyanın beyin mərkəzləri “Bir millət, iki dövlət” tezisinin arxasından gec-tez “Qarabağ bizim də davamızdır” bəyanının, tarixi Şuşa Bəyannaməsinin gələcəyindən duyuq düşmüşdülər, o səbəbdən də istəyirdilər ki, Azərbaycanla Türkiyə arasında məsafə olsun...

2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi heç şünhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü və ideyası idi. Bəlkə də hətta müharibənin ilk günlərində elə məhz Şuşada belə bir sənədin imzalanacağına inanmışdı. Paytaxt Bakıda deyil, məhz Şuşada! 

maxresdefault.jpg (142 KB)

Bəyannamənin mətni geniş deyil, amma mükəmməl sənəddir. Bəyannamədə 1921-ci il Qars, 1994-cü il dostluq, nəhayət 2010-cu ildəki strateji tərəfdaşlıq haqda müqavilələr yada salınır, amma bu tarxi qardaşlğın yalnız sənəddə olan bir hissəsdir. O qardaşlıq mənzərəsinin bir şəkli də Prezident Əliyevlə Türkiyə Cümhurbaşqanı Ərdoğanın bir-birlərini bağrına basmalarıdır, səmimi münasibətləridir. Amma bu da tam şəkil deyil, onun bir ifadəsi də hərbi təlimlərə gəlmiş Türkiyə F-16-larının müharibə günlərində Bakıda olması idi, heç havaya qalxmadı da, amma bizə elə bil qol-qanad verdi ki... Şuşa Bəyannaməsinin əsl qardaşlıq sənədi olduğunu sübut edən başqa bir foto-şəkil də var. Laçınlı balası Sərvərin Türkiyədə dəhşətli zəlzədən sonra köhnə maşınında yorğan-döşəklə yardıma tələsməsi idi. Belə misallar çoxdur... 

vehicle-airplane-aircraft-General-Dynamics-F-16-Fighting-Falcon-military-military-aircraft-Mikoyan-MiG-29-McDonnell-Douglas-F-15-Eagle-italian-air-force-McDonnell-Douglas-F-15E-Strike-Eagle-aviati.jpg (763 KB)

1996-cı ilin yanvarıydı gərək ki.. Məlum, Azərbaycan Qarabağı və ətraf rayonları itirmişdi. Ağır günlər yaşayırdıq. Ümidsizlik hər yerdə adamı təqib edirdi. Belə bir vaxtda, Türkiyə Kardak adalarına görə Yunanıstanla savaş vəziyyətinə gəldi. Kardak adaları toplam Qarabağda itirdiyimiz bir ovuc torpaq edərdi. Ölkə ayaqda, ordu tətikdə idi. Türkiyə ordusuna heyranlıq vardı Azərbaycanda...

Allah fürsət verdi ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarını azad etdi. Şuşanın fəthi türkiyəli genarallarını da təəccübləndirdi, fərəhləndirdi, qürurlandırdı. Dünya gördü ki, Azərbaycan və onun ordusu nələrə qadirdir, hansı şücaətli oğulları var. Bir çoxları bəli, Türkiyədə hərbi məktəblərdə oxumuşdu, bəziləri birgə təlimlərdə olmuşdu, bəziləri isə nə oxumuşdu, nə təlim görmüşdü- Vətən sevgisinə, bayrağımıza büründü bu savaşda, tarix yazdılar. Tariximizin qara səhifəsəni çevirdilər, Çanaqalla zəfəri ilə müqayisə edilə biləcək zəfər qazandı Azərbaycan, onun Baş Komandanı...

Türkiyənin Azərbaycan insanın könlündə yerini hamı o sevinc şölənlərində bir daha göründü. Bayrağımız yanaşı, sevincimiz birgə... Bu, əlbəttə Azərbaycanın qanı bahasına, şəhidlərimizin sayəsində qazanılan qələbədir, amma bu qələbədə Türkiyənin də böyük payı, bayrağı, mənəvi dəstəyi vardı, heç unutmadıq, heç unutmarıq... 

esas şəkil-bu.jpg (262 KB)

Dünyanın beyin mərkəzləri “Bir millət, iki dövlət” tezisinin arxasından gec-tez “Qarabağ bizim də davamızdır”bəyanın, tarixi Şuşa Bəyannaməsinin gələcəyindən hələ illər öncə duyuq düşmüşdülər. O səbəbdən də prosesi elə bir tormozlamaq istəyirdilər ki, Türkiyə bu coğrafiyada, həm də türkdilli dövlətlərin yanında avtoritetini itirsin, Azərbaycan isə onunla arasına məsafə qoysun. 2009-cu ildə Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan bədnam Sürix protokolları ilə buna nail olmaq istəyirdilər. İmzalanmış, amma hüquqi qüvvəyə minməyən o iki protokolun başqa sirləri də vardı, amma əsas məqsəd həm də iki qardaş dövlətin arasına nifaq toxumu səpmək idi. Bu, Türkiyə-Azərbaycan münasibətlərində ciddi sınaq oldu, amma şükür ki, sınıqlıq olmadı...

Zaman göstərdi ki, Türkiyədə umacaqlarımız olsa da, bu ölkənin də həm dünyada, həm regionda ayağını möhkəmlətməsinə ehtiyac varmış. Türkiyədəki hərbi çevrilişlər, tez-tez baş verən hökumət dəyişikliləri bu ölkəni hər dəfəsində geri atırdı. Ərdoğanın hakimiyyətə gəlməsi Türkiyənin tarixində yeni səhifə açdı, amma onun üçün də çox çətin oldu. 2016-cı ilin iyununda böyük güclərin və dövlətlərin bütün strukturlarına sızmış xəyanət çetesinin silahlı çevriliş cəhdi baş tutsaydı, Türkiyənin səmti dəyişəcəkdi. Xalq dövlətinə və liderinə sahib çıxdı. 

1585874-azerbaycan-halkinin-depremzedelere-yardimi-herkesi-duygulandirdi-63e3d93cc159b.jpg (90 KB)

2020-ci ilin sentyabrının 27-də başlayan İkinci Qarabağ savaşı Türkiyə-Azərbaycan qardaşlığında yeni mərhələ oldu. Türkiyə ilk andan “Azərbaycanın yanındayıq” mesajını verdi. Azərbaycanı bu müharibədə də əvvəl olduğu kimi təkləmək istəyənlərə elə bir aydın mesaj idi ki, bunun qarşısında söz deməyə cəsarətləri olmadı. Türkiyənin dünyada artan nüfuzu onu Qafqazda istəməyən güc(ləri)ün planlarına daxil deyildi, amma bunun qarşısını almaq da daha imkansız idi.

Şuşa Bəyannaməsi illər keçdikcə, öz tarixi əhəmiyətini daha qabarıq göstərəcək. Şuşa Bəyannaməsi sadəcə, iki dövlətin qardaşlıq bəyanı deyil, bu qardaşlığa and möhürüdür. Qardaşlığımız əbədi olsun...

 

Nazim SABİROGLU
Musavat.com

14.06.2024 08:00
6541