Süni superağılın doğuluşuna 5–10 il qaldı – planet dönüş nöqtəsinə yaxınlaşır

Musavat.com xəbər verir ki, Google DeepMind-in həmtəsisçisi və baş direktoru, Nobel laureatı Demis Hassabis dünyanın taleyini dəyişə biləcək açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, insan zəkasına bərabər və hətta onu üstələyə bilən ümumi süni intellektin (AGI) yaranmasına cəmi 5–10 il qalıb.

Musavat.com xəbər verir ki, Hassabis xüsusilə Gemini layihəsinin yüksək nəticələrinin rəqibləri — o cümlədən OpenAI-i — öz strategiyalarını yenidən qurmağa məcbur etdiyini bildirib. Lakin o vurğulayıb ki, bu yarışda sadəcə mövcud modellərin böyüdülməsi kifayət etmir:

“Transformer və ya AlphaGo kimi daha bir-iki böyük elmi sıçrayış lazımdır.”.

Ekspert həmçinin insanların ciddi şəkildə narahat etməli olan təhlükəni də açıqlayıb: enerji və su təchizatı sistemlərinə qarşı “fəlakətə səbəb ola biləcək” kiberhücum riski.

Rəsmi mənbələrə görə, məhz buna görə Google kibertəhlükəsizlik sahəsinə misilsiz investisiya ayırır və müdafiə infrastrukturunu sürətlə gücləndirir. Bu proses həm AGI yarışı, həm də qlobal təhlükəsizlik baxımından növbəti illərin müəyyənedici mərhələsinə çevriləcək. 

 

Musavat.com

08.12.2025 01:38
979