SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏT: 9 ölü, 26 yaralı - VİDEO

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb.

***

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşaraq dərəyə yuvarlanıb.

Musavat.com bildirir ki, hadisə bu gün saat 10:30 radələrində Antalya-İsparta magistral yolunun girişində baş verib.

İlkin məlumatlara görə, qəza nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb.

Qəza yerinə cəlb olunan tibbi heyət avtobusun içində və altında sıxışmış sərnişinlərin xilas olunması üçün iş aparır.

Şahanə Rəhimli
Musavat.com

01.02.2026 14:52
2048