SON DƏQİQƏ: Təyyarə QƏZAYA UĞRADI - ANBAAN VİDEO

Hindistan istehsalı olan HAL "Tejas" qırıcısı Dubayda keçirilən beynəlxalq aviasiya sərgisində nümayiş zamanı qəzaya uğrayıb. 

Musavat.com xəbər verir ki, təyyarə minlərlə tamaşaçının, o cümlədən qadın və uşaqların gözü qarşısında yerə çırpılıb.

Hadisə yerindən qalxan qalın qara tüstü səmaya yüksəlib.

Pilotun yerə düşməzdən əvvəl katapult edib-etmədiyi hələlik məlum deyil. Aviasiya sərgisinin rəhbərliyi və təcili yardım xidmətləri artıq ərazidə araşdırmalara başlayıb.

Hadisənin görüntülərini təqdim edirik:

Musavat.com

21.11.2025 14:27
5420