SON DƏQİQƏ: Səudiyyə Ərəbistanının strateji neft kəməri VURULDU - İxrac DAYANDI

Husilərin hücumlarından sonra Ər-Riyad və Mədinə şəhərlərindəki strateji əhəmiyyətli "Şərq - Qərb" neft kəmərinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Hücumlar nəticəsində xəsarət alanlar var.

Vəziyyətlə tanış olan iki amerikalı məmura istinadən CNN-in verdiyi məlumata görə, cümə axşamı Səudiyyə Ərəbistanındakı əsas neft kəmərinə mərmilərlə zərbə endirilib.

İlkin məlumatlara görə, kəmərin özünün yaxınlığında yerləşən nasos stansiyaları zərər görüb.

Musavat.com

11.09.2026 23:32
1092